Haqqımızda

Əsası 2015-ci ildə qoyulmuş Aznature farmaseftik firması yeni milli brend kimi artıq bazarda yeni addımlarını atır. Firmanın əsas məqsədi yerli istehsala əsaslanır və keyfiyyətli kosmetoloji-dermatoloji məhsulları ucuz qiymətlərlə alıcıya təqdim etməkdir. Belə ki, bu gün Azərbaycanın kosmetik bazarında kifayət qədər dünya standartlatına uyğun kosmetoloji, dermatoloji preparatlar var, lakin bu məhsullar xaricdən gəldiyi üçün qiymətlər hamını qane etmir. Bundan başqa aparılan sorğu nəticələrinə görə insanlar daha çox tanıdığı inqridientlər, əsasən dərman bitkiləri əsasında hazırlanmış preparatlara üstünlük verirlər. Aznature firması məhz bu prinsiplərdən yola çıxaraq ölkəmizin zəngin bitki resurslarından istifadə etdi. Bu bitkilərin faydalı xüsusiyyətləri uzun illərdir hamıya məlumdur və insanlar bu bitkilərdən dəmləmə, bal ilə qarışıq məcun, məlhəm və s. kimi istifadə edirlər. Çatışmayan bir cəhəti vardır: belə dəmləmə yaxud məlhəmlər xüsusi çıxarış texnologiyası olmadan hazırlanır ki, bu da məhsulun cəmi 1-2 gün normal qalmasına səbəb olur. Bu isə öz növbəsində vaxt və xammal itkisinə səbəb olur.

Aznature firmasının təqdim etdiyi məhsullar xüsusi texnologoya ilə bitkilərdən ekstraksiya olunaraq hazırlanır. Məhsullara heç bir emulqator, konservant, kimyəvi rənglər və qoxular əlavə olunmur. Bütün məhsullar sınaqdan keçmiş reseptlər əsasında hazırlanır və istifadədən 5 -7 gün ərzində öz effektini göstərir.

Beləliklə Aznature firmasının əsas məqsədi bu günkü bazar iqtisadiyyatına uyğun standartlara cavab verən keyfiyyətli yerli məhsulu alıcılara təqdim etməkdir.